» » “ABŞ-ın ən nifrət edilən iş adamı” həbs edildi

“ABŞ-ın ən nifrət edilən iş adamı” həbs edildi

“ABŞ-ın ən nifrət edilən iş adamı” həbs edildi

O HİV dərmanının qiymətini 50 dollardan 750 dollara qədər qaldırıb.

ABŞ federal xidmətləri biznesmen Martin Şkreli həbs edib.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Bloomberg öz mənbələrinə istinadən xəbər verir.

Keçmiş iqtisadiyyatçı, hazırda “Turing” əczaçılıq şirkətinin 32 yaşlı müdiri, milyonçu Martin Şkrel HİV müalicəsi üçün dərmanın patentini alandan sonra bütün ölkəyə məşhur olub. 

Biznesmen dərmanın qiymətini 50 dollardan 750 dollara qədər qaldırıb.

Sosial şəbəkələrdə etirazlardan sonra Amerika KİV-ləri onu “ölkənin ən nifrət edilən iş adamı” kimi adlandırmağa başlayıb.

NY Times qəzeti məlumat verir ki, Şkrel fırıldaqçılıqda ittiham edilərək həbs edilib.