» » Şəhid əsgər anasına qovuşdu (VİDEO)

Şəhid əsgər anasına qovuşdu (VİDEO)

Şəhid əsgər anasına qovuşdu (VİDEO)

Dekabrın 16-da qarşı tərəfin susdurulması zamanı ordumuz bir əsgərini şəhid verib. Şəhid Cəfərzadə Rəşad Əlyar oğlu bu gün torpağa tapşırılıb.
ANS TV-nin məlumatına görə, Cəfərzadə Rəşad Əliyar oğlu ötən gün Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şəhidi onun ana əvəzi - xalası, bacısı, qohum-əqrəbası və qonşuları ağlayardı. Məlum oldu ki, hər iki valideynini Rəşad hələ körpə ikən itirib. Rəşadı və bacısını isə xalası və dayısı boya-başa çatdırıb.
Ötən ilin oktyabr ayında hərbi xidmətə çağırılan Cəfərzadə Rəşad əslən Ağdam rayonundandır.
Məcburi köçkünlük və yetimçiliklə böyüyən Rəşad 21 yaşında düşmən gülləsinə tuş gəldi. Onu böyüdən dayısı Mahir Pənahov deyir ki, Rəşad nümunəvi əsgər olub:
“İki ay yarım bundan öncə Rəşadın yanına getmişdik və onunla orda görüşmüşdük. Rəşad nümunəvi əsgər olub. Rəşad qulluq etdiyi bu müddət ərzində fəxri fərman ilə təltif edilmişdi. Demək, qismət beləymiş. Sonuncu dəfə Rəşadla 4 gün öncə telefonla əlaqə saxalyıb danışmışdıq”.
Şəhid olan əsgəri dayısının və xalasının istəyilə anasının yanında dəfn etdilər.
Şəhidin xatirəsinə ehtiram əlaməti olaraq onu torpağa tapşırdıqdan sonra yaylım atəşi açıldı.
Allah rəhmət eləsin!