» » Ermənistanda referendum zamanı yüzlərlə qanun pozuntusu olub

Ermənistanda referendum zamanı yüzlərlə qanun pozuntusu olub

Ermənistanda referendum zamanı yüzlərlə qanun pozuntusu olub

Baş Prokurorluq 38 cinayət iş açıb.

Ermənistan Baş Prokurorluğu ölkədə keçirilən Konstitusiya reformaları ilə bağlı referndumun gedişində yol verilən qanun pozuntuları faktı ilə 38 cinayət iş açıb.

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə qurumun mətbuat xidmətinin məlumatında bildirilir.

“Ermənistan Baş Prokurorluğu 487 müxtəlif məlumatı nəzərdən keçirib -  KİV yazıları, qeyri-hökümət təşkilatlarının bəyanatları və vətəndaşların yazılı müraciətləri. 38 fakt üzrə cinayət işi başlanılıb”, - məlumatda bildirilir.

Xatırladaq ki, Ermənistanda ölkənin parlament idarəetmə formasına keçməsi ilə bağlı referendum dekabrın 6-da keçirilib. Əksər müxalifət partiya və hərəkatları referendumun gedişində çoxsaylı qanun pozuntularına yol verilməsindən narazıdılar. Hökümət isə bildirir ki, qanun pozuntuları yekun nəticəyə heç bir təsir göstərə bilməz.