» » Saakaşvilini məhkəməyə verdilər

Saakaşvilini məhkəməyə verdilər

Saakaşvilini məhkəməyə verdilər

Nazir emosiyalarına hakim kəsilə bilmədiyini izah edib.

Ukraynanın Daxili işlər naziri Arsen Avakov Odessa vilayətinin qubernatoru onun ünvanına ittihamlar səsləndirdiyi və ləyaqətinə toxunduğuna görə, məhkəməyə iddia irəli sürdüyünü bildirib.  

ucarliyiq.biz xəbər verir ki, bu barədə o, “1+1” telekanalında “Pravo na vlast” proqramının efirində bildirib.

“Mən cənab Saakaşvilini məhkəməyə vermişəm”, - nazir bildirib.

O əlavə edib ki, Ukraynanın baş naziri Arseni Yatsenyuk da bunu etməyə hazırlaşır.

Avakov veriliş zamanı ukraynalılardan münaqişə zamanı davranışına görə üzr istəyib. Nazir emosiyalarına hakim kəsilə bilmədiyini, qubernatora isə onu vurmamaq üçün qışqırdığını izah edib.

Daha öncə Ukraynanın daxili işlər naziri Arsen Avakov öz Facebook səhifəsində Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvilini məhkəmyə verəcəyi barədə yazıb.