» » Rusiya: Su-24-ün sərhədi pozmadığına dair sübutumuz var

Rusiya: Su-24-ün sərhədi pozmadığına dair sübutumuz var

Rusiya: Su-24-ün sərhədi pozmadığına dair sübutumuz var

Rusiya HKQ-nın baş komandanının müavini bəyanatla çıxış edib.

Rusiya Su-24 təyyarəsinin Türkiyə sərhədlərini keçmədiyini sübut edən bütün lazımi dəlillərə malikdir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə cümə günü Rusiyanın Hava Kosmik Qüvvələrinin baş komandanının müavini Sergey Dronov bəyan edib.  

“Hal-hazırda Rusiya təyyarəsinin Türkiyə sərhədlərini pozmadığına dair bütün lazımi dəlillər bazasına sahibik”, - Dronov Müdafiə Nazirliyinin brifinqində bildirib.

Rusiya və Türkiyə münasibətləri noyabrın 24-də Türkiyəyə məxsus F-16 qırıcısının Suriyada Rusiyaya məxsus Su-24 bombardmançısını vurduqdan sonra böhran yaşayır.

Rusiya prezidenti Vladimir Putin bunu terrorçuların vasitəçilərinin “arxadan vurduğu zərbə” adlandırıb.