» » Leninin vətəni Azərbaycan ilə turistik əlaqələr yaratmaq niyyətindədir

Leninin vətəni Azərbaycan ilə turistik əlaqələr yaratmaq niyyətindədir

Leninin vətəni Azərbaycan ilə turistik əlaqələr yaratmaq niyyətindədir

“Dil baryerinin olmaması əlaqələri tez bir zamanda qaydaya salmağa imkan verəcək”.

Rusiyanın Ulyanovsk vilayəti Azərbaycan ilə turistik əlaqələri genişləndirmək niyyətindədir.

ucarliyiq.biz “Media73”-ə istinadən xəbər verir ki, bu barədə əsasən regional Ekoloji hökumətin və Sənaye Ekoloqları Şurasının müştərək plenar iclasında danışılıb.

“Regionun qarşısında duran əsas vəzifələrdən biri ekoloji şəraiti yaxşılaşdırmaqdır.

Rusiyada turizm böyük dəyişikliklərə məruz qalır, turistik axını daxili turizmə və qonşu regionlara istiqamətləndirmək lazımdır”, - Ulyanovsk vilayətinin Turistik İndustriya Assosiasiyasının rəhbəri Yuliya Yuba qeyd edib.

O, əsas diqqəti Ulyanovsk vilayətinin Azərbaycan ilə turistik əlaqələri formalaşdırmasına yönəldib.

“Komfortlu iqlim, təbiətin rəngarəngliyi, təhlükəsizlik, sürətlə inkişaf edən infrastruktur, bunlarla yanaşı dil baryerinin olmaması əlaqələri tez bir zamanda qaydaya salmağa imkan verəcək.

Ulyanovsk vilayətinin Turistik İndustriya Assosiasiyası və “Ümumrusiya Azərbaycan konqresi”nin Ulyanovsk regional şöbəsi Rusiyada ekoloji turlar, aqriturizm və biznes-turizm üçün qonşu ölkəyə turistlərdən ibarət qrupların təşkil edilməsinə hazırdır”, - Y.Yuba qeyd edib.