» » “Maqnitski Aktı” təkcə Rusiya ilə məhdudlaşmayacaq

“Maqnitski Aktı” təkcə Rusiya ilə məhdudlaşmayacaq

“Maqnitski Aktı” təkcə Rusiya ilə məhdudlaşmayacaq

ABŞ Senatı qərar qəbul edib.

ABŞ Konqresinin Senatı “Maqnitski Aktı”nın təkcə Rusiya yox, digər ölkələrə də şamil olunması haqqında qərar qəbul edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə TASS-a Senatın xarici işlər komitəsinin üzvü Ben Kardin bildirib.

“Bəli, bu qanun layihəsi qəbul edilib”, - agentliyin sözçüsü qeyd edib.

Senatın qəbul etdiyi sənədə əsasən, ABŞ prezidenti insan hüquqları uğrunda mübarizə aparanların, hökumət üzvlərinin qanunsuz fəaliyyətini ifşa edənlərin qətli, işgəncələr məruz qalması və digər insan haqları pozuntularına görə məsuliyyət daşıyan xarici vətəndaşların adları olan siyahı hazırlamalı (etibarlı sübutlar əsasında) və daim bu siyahını yeniləməlidir. Həmin şəxslərin ABŞ ərazisinə girişi qadağan olunacaq və onlara daha əvvəl verilmiş viza ləğv ediləcək. Müəyyən hallarda siyahıya gizli əlavələr də edilə bilər. 

Adları siyahıya daxil edilmiş şəxslərin ABŞ-da əmlak sahəsində bütün əməliyyatları dayandırılacaq və qadağan olunacaq. Dövlət Departamenti və maliyyə naziri hər il Konqres qarşısında bu qanunun həyata keçirilməsi ilə bağlı hesabatla çıxış edəcəklər.

Xatırladaq ki, “Maqnitski Aktı” (“Sergei Magnitsky Rule of Law Accountability Act”) 2012-ci ilin dekabrında ABŞ Konqresi tərəfindən qəbul olunub və insan haqlarını, qanunun aliliyini pozan şəxslərə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Qanun 2009-cu ildə Rusiyanın “Matrosskaya tişina” həbsxanasında ölən “Firestone Duncan” konsaltinq şirkətinin auditoru Sergey Maqnitskinin adı ilə adlandırılıb. 2011-ci ildə ABŞ Dövlət Departamenti S. Maqnitskinin ölümündə əli olan və ya əli olduğundan şübhə duyulan 60 rusiyalı məmurun ABŞ-a girişini yasaqlayıb.