Türkiyədə telekanal yandı: 4 nəfər yaralandı

Türkiyədə telekanal yandı: 4 nəfər yaralandı

Partlayış olub.

Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən “Kanal G” televiziyasının zirzəmisində bu gün saat 16:30-da yanğın hadisəsi baş verib. Yanğından öncə güclü partlayış səsi eşidilib.

ucarliyiq.biz-ın “Milliyət”ə istinadən verdiyi xəbərə görə, kanalın 4 əməkdaşı ağır xəsarət alıb. 

Yaralıların hamısı hazırda xəstəxanaya yerləşdirilib.

“Zirzəmidə partlayış baş verib. Səbəbini hələlik bilmirik. 4 əməkdaşımız yaralanıb”, - deyə kanalın işçisi Necati Selvitop bildirib.