» » Rusiyada altı əsgər güllələndi

Rusiyada altı əsgər güllələndi

Rusiyada altı əsgər güllələndi

Onlardan üçü ölüb.

Rusiyanın Yaroslavl vilayətində müddətli hərbi xidmət keçən əsgər tabel silahından atəş açaraq, altı əsgər yoldaşını güllələyib.

Bu barədə LifeNews məlumat yayıb. 

ucarliyiq.biz xəbər verir ki, məlumata əsasən, üç nəfər ölüb, daha üç nəfər xəsarətlər alıb.

Əsgər (adı açıqlanmır) öz yoldaşlarına Pesoçnoe qəsəbəsində hərbi hissədə qarovulda olarkən hücum çəkib.

Eyni zamanda RİA Novosti Rusiyanın Müdafiə Nazirliyinə istinadla xəbər yayıb ki, Kostroma vilayətində hərbçi əsgər yoldaşlarına güllə açıb, iki əsgər və zabiti öldürüb və daha sonra özünü öldürüb.   

İlkin məlumatlara əsasən, əsgər şəxsi səbəblərə görə atəş açıb.

Müdafiə Nazirliyinin Moskvadan gəlmiş komissiyası hadisə yerində işləyir.