» » İndoneziyada aviaşou zamanı reaktiv təyyarə qəzaya uğrayıb - VİDEO

İndoneziyada aviaşou zamanı reaktiv təyyarə qəzaya uğrayıb - VİDEO

İndoneziyada aviaşou zamanı reaktiv təyyarə qəzaya uğrayıb - VİDEO

Qəza zamanı iki pilot ölüb.

İndoneziyanın Cokyakarta şəhərində (Yava adası) aviaşou zamanı ölkənin HHQ-nə məxsus təlim-döyüş reaktiv T-50 “Berkut” təyyarəsi qəzaya uğrayıb.

Bu barədə ucarliyiq.biz “AsiaOne” nəşrinə istinadən xəbər verir. Qəza zamanı iki pilot ölüb. 

Associated Press dəqiqləşdirir ki, təyyarə manevr edərkən qəzaya uğrayıb və uçuş xəttinin üzərinə düşüb.

Hadisə yerinə istintaq qrupu işləyir.

Qeyd olunur ki, faciə Cokyakarta aviasiya məktəbinin 70-illiyinə həsr olunmuş aviaşounun 2-ci günündə baş verib.