» » Putin: Avropa suverenliyini ABŞ-a verib

Putin: Avropa suverenliyini ABŞ-a verib

Putin: Avropa suverenliyini ABŞ-a verib

“Onlar xarici siyasətdən imtina ediblər”.

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Avropanın əsas problemi öz maraqlarını müdafiə etməkdən imtina edərək suverenitetinin bir hissəsini ABŞ-a verməsidir, ucarliyiq.biz TASS-a istinadən xəbər verir.

“Ölkələr arasında ilk növbədə qarşılıqlı maraqlar olmalıdır. Və bu maraqların balanslaşdırılmış olması üçün ümumi qaydalara riayət etmək lazımdır”, - Rusiya prezidenti Vladimir Solovyovun  “Dünya nizamı” filminə müsahibəsi zamanı deyib.

Putin əmindir ki, “Avropanın ən böyük problemi onun sərbəst xarici siyasətin aparmamasındadır. Onlar bu siyasətdən imtina ediblər. Və bu siyasətin bir hissəsini, bəlkədə ən vacibini, ABŞ-a veriblər”.