» » ABŞ Tayvana silah satışını dayandırmalıdır

ABŞ Tayvana silah satışını dayandırmalıdır

ABŞ Tayvana silah satışını dayandırmalıdır

Çinin XİN rəhbəri bəyanat verib.

Çinin xarici işlər naziri Van İ ABŞ-ın dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı Vaşinqtondan Tayvanda silah tədarükünü dayandırmağı tələb edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının XİN-in məlumatında bildirilib.

“Van İ Con Kerriyə Çinin Cənubi Koreya dənizinə və Tayvan məsələsinə dair qəti və qərarlı mövqeyini təqdim edərək, Amerika tərəfindən Tayvana silah satışını dayandırmağı, eləcə də gücünü nümayiş etdirmək üçün öz təyyarə və gəmilərini Çinə məxsus Nanşa adasına göndərməməyi tələb edib”, - Amerika tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Çin naziri bəyan edib.

Kerri öz növbəsində əmin edib ki, Amerika tərəfi Çin tərəfinin qayğısını nəzərə alaraq “bir Çin” siyasətinə riayət etməyə hazır olduğunu bildirib, bu barədə Çinin XİN rəhbərinin bəyanatında vurğulanıb.

ABŞ prezidenti Barak Obamanın administrasiyası rəsmi olaraq konqresə Tayvana 1,83 milyard dollar məbləğində silah paketinin satıldığı barədə xəbərdarlıq edib.

Çin Xalq Respublikasının fikrincə, Tayvan Çinin ayrılmaz tərkib hissəsidir, ona görə də Tayvana Vaşinqton tərəfindən silah satılması Çinin daxili işlərinə müdaxilə etmək, Tayvan körfəzinin iki sahili arasında sülh münasibətlərinin inkişaf etməsinə mane olur, eləcə də Amerika-Çin münasibətlərinə xələl gətirir.