» » ABŞ-da qəza: 37 nəfər yaralandı, ölən var

ABŞ-da qəza: 37 nəfər yaralandı, ölən var

ABŞ-da qəza: 37 nəfər yaralandı, ölən var

Sükan arxasında qadın sürücü olub.

ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərində “Miss Kainat-2015” müsabiqəsinin keçirildiyi “Planet Hollywood” otel-kazinonun yaxınlığında avtomobil insanlara çırpılıb, KSNV telekanalı məlumat yayıb.

ucarliyiq.biz  xəbər verir ki, qəza nəticəsində 37 nəfər xəsarət alıb, bir nəfər isə ölüb.

“Las-Veqas bulvarında qəza zamanı bir nəfər ölüb, yaralanan 37 nəfərdən isə bir neçəsinin vəziyyəti kritikdir. Avtomobilin sürücüsü saxlanılıb”, - polis məlumat yayıb.

KSNV telekanalının məlumatına görə avtomobilin sükanı arxasında qadın sürücü olub, maşında həmçinin onun uşağı da olub. Polis əməkdaşları yolun bu hissəsində hərəkəti dayandırıblar.