» » Telman İsmayılov rəsmən müflisləşdi

Telman İsmayılov rəsmən müflisləşdi

Telman İsmayılov rəsmən müflisləşdi

Onun borcunun məbləği 213 milyon dollardan ibarətdir.

Moskva vilayətinin Arbitraj məhkəməsi Çerkizov bazarının sabiq sahibi, biznesmen Telman İsmayılovu VTB maliyyə qrupuna daxil olan Moskva bankının iddiası ilə müflis elan edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə məhkəmənin kartotekasında deyilir.

Məhkəmə vətəndaş Boris Zubkovun İsmayılovun müflis olmasına dair bəyanatını əsaslandırılmış hesab edib. Buna müvafiq olaraq məhkəmə borclu olan şəxsə qarşı restrukturizasiya prosesini tətbiq edib.

Qeyd edilir ki, Zubkovun iddiası məhkəməyə noyabrda daxil olub, bu işin çərçivəsində İsmayılov özü müflis olma proseduruna başlamaq bəyanatı verib.

Vətəndaş Zubkova olan borcun məbləği dəqiqləşdirilmir. İsmayılovun Moskva bankına borcunun məbləği 213 milyon dollardan ibarətdir.

Daha öncə Çerkizov bazarının sabiq sahibi, Forbes-in versiyasına görə, milyarder Telman İsmayılov Moskva vilayətinin Arbitraj məhkəməsinə müflis olmasına dair müraciət edib.

Məhkəmə müraciətin baxılmasını dayandırıb, belə ki, İsmayılov müflis olması haqqında müraciəti qanunun tələblərini pozaraq edib.