» » Cavanlaşdırıcı maska

Cavanlaşdırıcı maska

Cavanlaşdırıcı maska


Hər bir qadın gözəl və baxımlı görünmək istəyir.Bunun üçün ilk öncə dərinin cavan və təravətli olması əsas şərtlərdən biridir.


İndi sizlərə ev şəraitində hazırlanan cavanlaşdırıcı maskanı təqdim edirik.Bu maska kimyəvi qatqılarsız və çox asan üsulla hazırlanır.İldə 2 dəfə-payız və yazda ,əsas da 2 həftə müddətində istifadə olunur.


Maska üçün lazım olan məhsullar:
Bal - 1 xörək qaşığı
Yağlı xama - 1 xörək qaşığı
Kəsmik - 50 qr
Yumurta- 1 ədəd
Limon şirəsi - 8-10 damcı
Aloe şirəsi - 8-10 damcı


Bütün bunlar şüşə qabda yaxşıca qarışdırılır.Hər axşam təmiz üzə çəkilir və 15-20 dəqiqə saxlanılır.Sonra üz soyuq suyla yuyulur.

Maskadan sonra heç bir kremdən istifadə etmək olmaz.Bu prosedur 2 həftə boyunca təkrar olunur.Maskanı soyuducuda ağzıbağlı şəkildə şüşə qabda saxlamaq lazımdır.
Bu maskadan istifadə edin, qoy dəriniz cavan və təravətli qalsın!