» » Rusiyada Su-24-ün “qara qutu”sunun şifrəsini aça bilmədilər

Rusiyada Su-24-ün “qara qutu”sunun şifrəsini aça bilmədilər

Rusiyada Su-24-ün “qara qutu”sunun şifrəsini aça bilmədilər

Qutunun 16 mikrosxemindən 13-ü tamamən məhv olub.

Rusiyanın vurulmuş Su-24 təyyarəsinin “qara qutusu”nun şifrəsini mövcud üsullar ilə açmaq mümkün deyil.  

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiyanın Hava qüvvələrinin uçuşların təhlükəsizliyi xidmətinin rəis müavini Sergey Baynetov bildirib.

Onun sözlərinə görə, qutunun korpusu daxili konteynerə qədər mexaniki zədələr alıb, enerji şunuru isə raketin zərbəsindən qırılıb.

O həmçinin bəyan edib ki, qutunun 16 mikrosxemindən 13-ü tamamən məhv olub.

Daha öncə beynəlxalq ekspertlər Su-24 təyyarəsinin “qara qutusu”nun açılması zamanı Rusiya tərəfinin açıq olmasını qeyd ediblər.

Qeyd edək ki, noyabrın 24-də Rusiya təyyarəsi Su-24 Suriya Latakiyasında Türkiyə HHQ tərəfindən sərhədin yaxınlığında vurulub. Baş verənlərdən sonra Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlərə dair fərman imzalayıb.