» » SOFAZ-ın Moskvadakı ticarət mərkəzi H&M icarəyə götürdü

SOFAZ-ın Moskvadakı ticarət mərkəzi H&M icarəyə götürdü

SOFAZ-ın Moskvadakı ticarət mərkəzi H&M icarəyə götürdü

Univermaqda brend mallar satılacaq.

H&M geyim holdinqi Tverskayada “Qalereya Aktyor”un 5,8 min kv.metrini icarəyə götürüb, RBK razılaşma tərəflərindən birinə yaxın olan mənbəyə istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, univermaqda rekonstruksiya işlərindən sonra indiyə qədər Rusiyada təqdim edilməmiş brendlər satışa çıxarılacaq.   

Mənbə bildirib ki, “Qalereya Aktyor” kompleksi Azərbaycan Respublikasının Dövlət Neft Fonduna (SOFAZ) məxsusdur, H&M şirkətinə kompleksin 5,8 min kv.metri, yəni bütün ticarət hissəsi 32 il müddətinə icarəyə verilib.

Bu məlumatı üç beynəlxalq konsaltinq şirkətinin nümayəndələri təsdiqləyib.

Qeyd edilir ki, Y Consulting şirkətinin baş direktoru Darya Yadernaya uzunmüddətli müqavilənin bağlandığını təsdiqləyib.

Amma “H&M Rossiya” şirkətinin kommunikasiya üzrə direktoru Yekaterina Prosvirkina və Cushman&Wakefield, “Qalereya Aktyor”un idarəçisi şərh verməkdən imtina ediblər.

SOFAZ-ın mətbuat xidmətindən sorğuya cavab verilməyib.

Daha öncə məlum olub ki, H&M, Zara və Mango Rusiya sanksiyalarına görə Türkiyədən istehsalı köçürə bilərlər.