» » Sarkisyan: Azərbaycan Astana, Moskva və Minskə atəş açır

Sarkisyan: Azərbaycan Astana, Moskva və Minskə atəş açır

Sarkisyan: Azərbaycan Astana, Moskva və Minskə atəş açır

Erməni prezidenti müttəfiqlərindən incik düşüb.

Bu ərəfədə Moskvada KTMT- Kollektiv Təhlükəsilzik Müqaviləsi Təçkilatının iclası keçirilib, iclasda sədrlik Ermənistana keçib. 

ucarliyiq.biz lragir.am-a istinadən xəbər verir ki, icasda çıxış edeən Ermənistan prezidenti Serj Sarkisyan KTMT üzv olan ölkələri Azərbaycanı açıq və gizli şəkildə dəstəklədikləri üçün tənqid edib. 

“Sözsüz ki, hər bir ölkənin  öz maraqları, öz prioritetləri var, amma bu təşkialtın üzv ölkələrinin ümumi maraqlarına və ümumi vəzifələrinə qarşı qoyulmamalıdır. Azərbaycan silahlı qüvvələri hər dəfə bütün kalibli silahlardan, minatanlardan və artilleriya qurğularından Ermənistana qarşı atəş açanda, onlar Astana, Düşənbə və Bişkekə, Moskva və Minskə atəş açırlar”, - Sarkisyan deyib. 

“Xatırladım ki, bizim nizamnamədə müvafiq maddə var. Əgər biz bu maddəni tətbiq etmiriksə, yaranan vəziyyəti müzakirə etmiriksə, telefonun dəstəyini götürüb müttəfiq Ermənistanda nə baş verdiyi ilə maraqlanmırıqsa, bununl yanaşı hələ beynəlxalq təşkilatlarda müttəfiqə qarşı səs veririksə, üçüncü ölkə ilə mətni KTMT üzrə müttəfiqinə qarşı olan iki tərəfli deklarasiyalar qəbul ediriksə, biz bütün təşkilatımızı, onun nüfuzunu, onun mahiyyətini bu atəşlərə məruz qoyuruq”, - o, deyib.