» » İŞİD yaraqlıları Suriyada doqquz məktəblini öldürdülər

İŞİD yaraqlıları Suriyada doqquz məktəblini öldürdülər

İŞİD yaraqlıları Suriyada doqquz məktəblini öldürdülər

Mərmilər məktəbin həyətində partlayıb.

“İslam dövləti” (İŞİD) qruplaşmasının yaraqlıları çərşənbə axşamı - dekabrın 22-də Suriyanın şimali-şərqində Deyr-əz-Zorada məktəbi minaatanlardan atəşə tutublar. 

ucarliyiq.biz xəbər verir ki, bu barədə şəhərin meriyasındakı mənbə bildirib. 

Agentliyin həmsöhbətinin sözlərinə görə, atəş nəticəsində doqquz uşaq həlak olub, daha on beş nəfər isə müxtəlif xəsarətlər alıb. 

SANA Suriyanın Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat verib ki, Harabeş kvartalında yerləşən qızlar üçün təhsil müəssisəsi atəşə tutulub.

DİN-dən əlavə ediblər ki, mərmilər məktəbin həyətində səhər tezdən, şagirdlər binaya yeni daxil olduqları zaman partlayıb. 

Hökumət qruplaşmanın hücumunu pisləyib. Suriyanın baş naziri Vayel əl-Halkinin sözlərinə görə, məktəb və universitetlərə hücumlar gənc nəslə təhsil almaqda mane olmayacaq, çünki gələcəkdə ölkəni bərpa etmək məhz onların çiyinlərinə düşəcək.