» » İran Suriyadan qoşunlarını çıxarır

İran Suriyadan qoşunlarını çıxarır

İran Suriyadan qoşunlarını çıxarır

Söhbət yüzlərlə ölüdən və yüzlərlə yaralıdan gedir.

İsraildən olan hərbi mənbə Walla portalına verdiyi müsahibədə daha öncə Suriyadan İran hərbi personalının əksər hissəsinin təxliyyə olunduğuna dair Qərb KİV-i tərəfindən yayılmış məlumatı təsdiqləyib.

ucarliyiq.biz mignews.com-a istinadən xəbər verir ki, buna səbəb iranlılar arasında itkilərin çoxalması və İranın özündə Suriya münaqişəsində iştirakın tənqid dalğasının böyüməsidir.

İsrail hərbi mənbələrinin sözlərinə görə, üç ay bundan öncə əsgərlərin kütləvi təxliyyəsi həyata keçirilib. İki minə yaxın qvardiyaçı evə yola düşüb, Suriyada 700-800 nəfərə yaxın əsgər qalıb.

Suriyada iranlıların dəqiq itkiləri məlum deyil, amma söhbət yüzlərlə ölüdən və yüzlərlə yaralıdan gedir.

Cari ilin əvvəlində Suriyada İslam inqilabı keşikçilərinin korpusunun komandanlığında beşinci adam öldürülüb, bu, general Abdul Rəşid Rəşvənd olub.

Bu həftənin əvvəlində isə Əsəd tərəfdən mübarizə aparan əfqan, şiə milisinə rəhbərlik edən iranlı general Hüseyn Pradi öldürülüb.