» » Sorğu: Putin Ermənistanda ən sevilən siyasətçidir

Sorğu: Putin Ermənistanda ən sevilən siyasətçidir

Sorğu: Putin Ermənistanda ən sevilən siyasətçidir

Ermənilər həmçinin Fransa prezidentini dəstəkləyirlər.

Rusiya prezidenti Vladimir Putin Ermənistanda dünya siyasi elitasının nümayəndələri arasında ən yüksək reytinqə malikdir.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə “WIN/Gallup International”ın keçirdiyi sorğunun yekun nəticələrində bildirilir.

Ermənistan sakinlərinin 79%-i Putin barədə müsbət fikirdədir.

Ermənilər həmçinin Fransa prezidenti Fransua Olland (51%) və Almaniya kansleri Anqela Merkelin (15%) siyasətini dəstəkləyirlər.

Müqayisə üçün qeyd edək ki, Ermənistanda ABŞ prezident Brak Obamaya qarşı respondentlərin 43%-i səs verib. Onun siyasətini bu ölkədə bəyənmirlər.

Ümumilikdə sorğu dünyanın 65 ölkəsində keçirilib. Nəticələrə əsasən, ABŞ prezidenti Barak Obama ən yüksək reytinq toplayıb. Respondentlərin 59%-i onu dəstəkləyib, 29%-i isə onun apardığı siyasəti bəyənmədiklərini vurğulayıb.

Obamanı daha çox Cənubi Asiya (76%), Aİ ölkələri (67 %), Latın Amerika ölkələri (65%), Şərqi Asiya (65%) və Afrikada Saxara səhrasından cənuba (65%) dəstəkləyirlər.