» » Məhəmməd Peyğəmbərin mövlud günü

Məhəmməd Peyğəmbərin mövlud günü

Məhəmməd Peyğəmbərin mövlud günü

Bayram qəməri təqviminin üçüncü, Rəbbi əl-əvvəl ayının 12-ci gününə düşür.

Dünyanın bir çox ölkələrində islam dininə etiqad edənlər Maulid ən-Nəbi – Məhəmməd peyğəmbərin mövlud gününü qeyd edirlər, ucarliyiq.biz xəbər verir.  

İslam ənənələrinə müvafiq olaraq, mövlud günü qəməri təqviminin üçüncü, Rəbbi əl-əvvəl ayının 12-ci gününə düşür. İslamın təməlini qoyan peyğəmbərin həm doğum, həm də ölüm günü bu aya təsadüf edir. 2015-ci ildə bu bayram iki dəfə qeyd edilib - yanvarın 3-ü və dekabrın 23-ü. Bu, müsəlmanlarda təqvimin qəməri təqvimi ilə (354 gün), dünyəvi il (365) günəş təqvimi ilə hesablanması ilə əlaqədardır.

“Bu, əlamətdar gündür. Belə ki, islam nöqteyi-nəzərindən bizim iki böyük ənənəvi bayramımız var – Qurban bayramı və Uraza bayramı. Peyğəmbər həyatdaykən yalnız bu iki bayramı qeyd edirdi. Məhəmmədin ölümündən sonra onu xatırlayan insanlar bunu adət halına çevirdilər.

Belə ki, peyğəmbərin etdikləri bizim tərəfimizdən arzuolunan əməllərdir”, - Rusiya Müftilər Şurasının sədrinin yeni müavini, Moskva vilayəti müsəlmanlarının Ruhanilər idarəsinin rəhbəri Ruşan Abbyasov deyib.