» » İstanbul hava limanında partlayış: yaralananlar var

İstanbul hava limanında partlayış: yaralananlar var

İstanbul hava limanında partlayış: yaralananlar var

Hadisənin başvermə səbəbi məlum deyil

Sabiha Gökçen hava limanında partlayış baş verib.  Partlayışda aeroportda təmizlik işləri ilə məşğul olan 33 yaşlı Canan Çelik Burgucu əlindən, 30 yaşlı Zəhra Yamaç isə başından yaralanıb. 

ucarliyiq.biz-ın hurriyet xəbər agentliyinə istinadən verdiyi xəbərə əsasən, partlayışın səbəbi məlum deyil.

Məlumata əsasən, yaralılar Mərmərə Universitetinin xəstəxanasına yatırılıb. Zəhra Yamaçın vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər cəlb edilib. Polislər aeroportun giriş və çıxışlarında bütün nəqliyyat vasitələrində yoxlama aparırlar. Hadisə yerinə polis helikopteri havadan dəstək üçün cəlb edilib.

Yerli vaxt ilə 02.05-də, Bakı vaxtı ilə 04.05- Sabiha Gökçen hava limanında baş verən partlayışın meydana gəlmə səbəbi araşdırılır.