» » Ermənistanda Sarkisyanı partlatmaq istəyiblər

Ermənistanda Sarkisyanı partlatmaq istəyiblər

Ermənistanda Sarkisyanı partlatmaq istəyiblər

“Qrupun beş yarımqrupu mövcud olub”.

Noyabr ayında Ermənistanın Milli Təhlükəsizlik Xidməti tərəfindən zərərsizləşdirilən cinayətkar qruplaşma respublikanın dövlət idarələrini ələ keçirmək və Serj Sarkisyanın təyyarəsini partlatmaq istəyiblər.

ucarliyiq.biz xəbər verir ki, erməni qəzeti “Qraparak” bu barədə mənbəyə istinadən məlumat yayıb.

“Qrupun bir neçə yarımqrupu mövcud olub, onlar eyni zamanda prezident iqamətgahını, hakimiyyəti, parlamenti, Konstitusiya məhkəməsini və televiziya qülləsini zəbt etməli idilər. Əsas əməliyyat isə Fransaya səfərə hazırlaşan Ermənistan prezidentinin təyyarəsinin partladılması idi”, - məqalədə deyilir.

“Əməliyyat yaxşı planlaşdırılmışdı, amma qrupun rəhbəri Artur Vardanyan səhvə yol verib, lazım olmayan adamla görüşüb, bundan sonra xüsusi xidmətlərin nəzər nöqtəsinə düşüb”, - məlumatlı mənbə nəşrə bildirib.

Noyabrın 25-də Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları polis əməkdaşları ilə birgə İrəvan ətrafında evlərin birində bandanı saxlayaraq zərərsizləşdiriblər.

Dekabrın 19-da Ermənistanın sabiq müdafiə naziri Vaan Şirxanyan saxlanılıb, istintaq onun Artur Vardanyanın təşkil etdiyi cinayət qrupunda iştirak etməsindən şübhələnir. Bununla yanaşı, cinayətkar qruplaşmanın 30 üzvü həbs olunub.