» » Gürcüstanın baş naziri istefaya gedə bilər

Gürcüstanın baş naziri istefaya gedə bilər

Gürcüstanın baş naziri istefaya gedə bilər

Qaribaşvili bəyanat yayacaq.

Sputnik-georgia.ru Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin istefaya gedəcəyi və “Gürcü arzusu – Demokratik Gürcüstan” fraksiyasının seçki qərargahına başçılıq edəcəyi barədə yerli KİV-də məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, hal-hazırda Gürcüstanın Hökumət evində brifinqə hazırlıq gedir.

Yayılan məlumata görə, Qaribaşvili istefası barədə bəyanat verəcək.

İ.Qaribaşvilinin istefasından sonra baş nazirin səlahiyyətlərini müvəqqəti olaraq xarici işlər naziri Georgi Kvirikaşvilinin icra edəcəyi güman olunur. “Gürcü arzusu” fraksiyasının üzvü, deputat Georgi Volski İ.Qaribaşvilinin mümkün istefası ilə bağlı müzakirələrin aparıldığını təsdiq edib.

“Bu məsələ müzakirə olunur. Lakin biz tələsik bəyanatlar verməməliyik. Administrasiyanın konkret cavabı yoxdur. Baxaq, gözləyək”, - Volski jurnalistlərə deyib.