» » Ərdoğan: “Qara qutu” şousu Rusiyanı pis vəziyyətdə qoydu

Ərdoğan: “Qara qutu” şousu Rusiyanı pis vəziyyətdə qoydu

Ərdoğan: “Qara qutu” şousu Rusiyanı pis vəziyyətdə qoydu

“Bu işi şouya çevirdilər”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın vurulan “Su-24” təyyarəsinin “qara qutu”sunun açılması və oxuna bilməməsi məsələsinə münasibət bildirib.

ucarliyiq.biz milliyet.com.tr-yə istinadən xəbər verir ki, R.T.Ərdoğan Türkiyənin özündən əmin olduğunu bildirib:

“Rusiya əvvəlcə “qara qutu”dakı məlumatlardan bəhs etdi”.

R.T.Ərdoğan CHP-li vəkil Eren Erdemin Rusiya televiziyasına verdiyi müsahibəyə sərt reaksiya verib:

“Türkiyə cümhuriyyət tarixində bəlkə də ən çətin anlarını yaşayır, bu zamanda oturduqları gəminin dibini deşənlərə əlbəttə ki, sərt reaksiya verəcəyik”.

Türkiyənin hava sərhədlərini pozan Rusiya təyyarəsinin “qara qutu”sunun açılması və oxuna bilməməsi məsələsinə şərh verərkən isə Ərdoğan:

“Bu işi şouya çevirdilər. Sonra əzilmə səbəbi ilə “qara qutu”nun içərisindəki məlumatların oxunmadığını açıqladılar. Biz özümüzdən əminik. Bu kimi şoular ondan mədəd umanları pis vəziyyətdə qoymaqdan başqa bir şey deyil” deyib.

Xatırladaq ki, bir neçə gün öncə Rusiya Müdafiə Nazirliyi Türkiyə tərəfindən vurulan “Su-24” hərbi təyyarəsinin “qara qutu”sunu oxumağın mümkün olmadığını açıqlayıb.

Bildirilir ki, “qara qutu”da mikrosxemlərdən yalnız biri normal vəziyyətdədir, qalan 15-i çox ciddi şəkildə zədələnib.