» » Türkmənistanda dolları yalnız talonla satırlar

Türkmənistanda dolları yalnız talonla satırlar

Türkmənistanda dolları yalnız talonla satırlar

Sakinlər axşamdan növbə saxlamalıdırlar.

Aşqabadda (Türkmənistan) dollar və avronu indi yalnız xüsusi talonlarla almaq mümkündür.

ucarliyiq.biz “Azatlık”a istinadən xəbər verir ki, bu yeniliyin nə zaman tətbiq edildiyi məlum deyil.

Türkmən paytaxtının sakinləri xarici valyuta almaq imkanı verən talonları əldə etmək üçün bankların qarşısında axşamdan növbə tutmalıdırlar.

Talonda dollar almaq üçün sakinlərin bankın hansı filialına və saat neçədə gəlməli olduğu barədə məlumat yazılıb, KİV məlumat yayıb. Bunun sayəsində valyutanın dəyişdirildiyi pəncərələrin qarşısında uzun növbələr, əl ilə yazılmış növbə siyahısı, söyüş söyən və dalaşan yoxdur.

Amma bütün bunları gecə saatlarında bankların bağlı ofisləri qarşısında müşahidə etmək olar. “Azatlık”ın məlumatına görə, insanlar növbə tutur, öz adlarını kağızda yazır, sonra bu kağızlar itir, ona görə də tez-tez siyahının oxunması həyata keçirilir.

Talon üçün gecə növbələrində 200-ə qədər adam saymaq olar, onlardan yalnız yarısı talon ala bilər, belə ki, talonların sayı məhduddur.

Aşqabad banklarından valyuta mübadiləsi məsələsində intizam yarada bildiklərini və valyuta əldə etmək prosesini insanlar üçün asanlaşdırdıqlarını bəyan ediblər.

Qeyd edək ki, hal-hazırda Türkmənistanda valyuta çatışmazlığı müşahidə edilir, bununla yanaşı hakimiyyət əhalinin dollara olan tələbatını azaltmaq üçün müxtəlif üsullara və qadağalara əl atır.