» » İŞİD “Miss İraq”ı hədələdi - FOTO

İŞİD “Miss İraq”ı hədələdi - FOTO

İŞİD “Miss İraq”ı hədələdi - FOTO

Ya seks-cihad, ya da ölüm.

“İslam dövləti” (İŞİD) terror qruplaşmasının yaraqlıları bu günlərdə “Miss İraq” müsabiqəsində qalib olan 20 yaşlı Şayma Kassim Abdelrəhmana hədə-qorxu gəliblər. 

ucarliyiq.biz Rusiya KİV-nə istinadən xəbər verir ki, İraq KİV-nin məlumatına görə, islamçılar qıza zəng edərək onu seçim qarşısında qoyublar: O ya seks-cihada razılaşmalıdır, ya da öləcək. 

İŞİD “Miss İraq”ı hədələdi - FOTO

Başqa sözlə desək terrorçular gözələ İŞİD ərazisinə gəlib onlara seks xidmətləri göstərmədiyi təqdirdə onu öldürəcəklərini vəd ediblər. 

Beləliklə də indi “Miss İraq” gizlənməyə məcburdur, halbuki cəmi iki gün bundan öncə onu respublikanın normal həyata qayıtmasının simvolu adlandırmışdılar, Iranian Students News Agency yazır. 

İŞİD “Miss İraq”ı hədələdi - FOTO

Xatırladaq ki, Şayma Kassim Abdelrəhman dekabrın 20-də İraq gözəllik kraliçasının titulunu qazanıb və daş-qaş ilə bəzədilmiş qızıl taca sahib olub. Öldürülmək qorxusuna ucbatından yalnız səkkiz qızın gəlib çatdığı finalda Şayma bütün rəqiblərini geridə qoyub.

S.S.