» » General: Rusiya və Ermənistan HHM sistemlərini Türkiyəyə görə birləşdiriblər

General: Rusiya və Ermənistan HHM sistemlərini Türkiyəyə görə birləşdiriblər

General: Rusiya və Ermənistan HHM sistemlərini Türkiyəyə görə birləşdiriblər

“Bizim Ermənistanda hərbi bazamız var və biz onu müdafiə etməliyik”.

Rusiya və Ermənistan Qafqazda Hava Hücumundan Müdafiə sistemlərini Türkiyədən müdafiə olunmaq üçün birləşdiriblər.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Rusiya Quru Qoşunları HHM qoşunları komandanının sabiq müavini general-leytenant Aleksandr Luzan bildirib.

Bu gün Moskvada Rusiya Müdafiə naziri Serqey Şoqqu və Ermənistan Müdafiə naziri Seyran Oqanyan Qafqazda bölgənin təhlükəsizliyinin təmin edilməsi üçün regional Hava Hücumundan Müdafiə (HHM) sisteminin yaradılması haqda saziş imzalayıblar.

“Mənim fikrimcə, bu qərar Türkiyədə baş verən hadisələrlə bağlıdır. Bu gün aviasiya döyüş əməliyyatlarında əsas rol oynayır. Türkiyə NATO-nun üzvüdür, və bu ölkənin ərazisində onun öz aviasiya sistemi ilə yanaşı ABŞ aerodromları da istifadə edilir. Bizə hava məkanının daha ciddi müdafiəsi lazım olduğu üçün, səylərimizi birləşdirməyə qəraraa aldıq”, - Luzan deyib.

General həmçinin qeyd edib ki, Rusiya-Ermənistan birgə Hava Hücumundan Müdafiə sisteemini yaratmağa bu ölkələrin coğrafi vəziyyəti çətinləşdirir - ölkələr arasında Gürcüstanın ərazisi var.

“Lakin Hava Hücumundan Müdafiə sisteminin vahid idarə edilməsi  artıq irəliləyişdir. Bundan əlavə bizim Ermənistanda hərbi bazamız var və biz onu düşməndən müdafiə etməliyik”, Luzan əlavə edib.