» » Türkiyədə yeniyetmələr üçün sosial şəbəkələr qadağan edilir

Türkiyədə yeniyetmələr üçün sosial şəbəkələr qadağan edilir

Türkiyədə yeniyetmələr üçün sosial şəbəkələr qadağan edilir

“Valideynlər övladlarının telefonlarına nəzarət etməlidirlər”.

Türkiyədə yeniyetmələr üçün sosial şəbəkələrdən istifadəyə qadağa qoyan qanun layihəsi qəbul oluna bilər.

ucarliyiq.biz-ın “Milliyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Ailə və Sosial Siyasət naziri Sema Ramazanoğlu deyib.

“Hazırda qadağanın 12, yaxud 16 yaşa qədər olan yeniyetmələrə şamil edilməsi barədə müzakirələr aparılır”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, valideynlər yalnız övladlarının çantalarına deyil, onların cib telefonlarına və kompüterlərinə də baxmalıdırlar.

Nazir qeyd edib ki, bu cür praktika Avropada müşahidə olunur, bəzi ölkələrdə yeniyetmələrə Youtube-dan istifadəyə də qadağa qoyulub.