» » Kadırovun neft şirkəti olacaq

Kadırovun neft şirkəti olacaq

Kadırovun neft şirkəti olacaq

Putin Çeçenistan prezidentinin təklifini dəstəkləyib.

Rusiya prezidenti Vladimir Putin hökumətə Çeçenistanın dövlət başçısı Ramzan Kadırovun “Rosimuşestvo”ya məxsus olan, icarə hüquqları əsasında “Rosneft”in idarə etdiyi ən böyük neft hasilatı aktivlərindən biri – “Çeçennefteximprom”u respublikaya verilməsi təklifini dəstəkləməyi tapşırıb, “Kommersant” yazır.

ucarliyiq.biz xəbər verir ki, qəzetin məlumatına görə Kadırovun 3 dekabr tarixli məktubunda neft hasilatı aktivinin torpaq və infrastruktur potensialından “demək olar ki istifadə edilmədiyi” qeyd olunur. 

Çeçenistan rəhbərliyi zavodun yanında Koreyanın KOKAM şirkəti ilə birgə litium-ion batareya istehsalı üzrə zavod açmaq istəyir. 

Hazırda Çeçenistanda neft ehtiyatları təxminən 60 mln. ton qiymətləndirilir. Ölkədə neft hasilatı ilə “Qroznefteqaz”ın 51%-nə sahib olan “Rosneft2 məşğul olur.