» » Şotland bankı: Neftin qiyməti 16 dollara düşəcək

Şotland bankı: Neftin qiyməti 16 dollara düşəcək

Şotland bankı: Neftin qiyməti 16 dollara düşəcək

“Anbarlar artıq dolub”.

Royal Bank of Scotland-ın baş iqtisadçısı Endrü Roberts hesab edir ki, 2016-cı ildə neftin qiymətləri kəskin azalmanı davam etdirə və bir barelə görə 16 dollaradək enə bilər.

ucarliyiq.biz RBK-ya istinadən xəbər verir ki, Roberts fundamental amillərin neftin qiymətlərinin cani dinamikasını çox sadə izah edir.

O əmindir ki, hazırkı trend təklifin tələbdən üstün olmasından asılıdır və burada əsas amil İranın dünya neft bazarına qoşulması ilə əlaqədardır. Bundan başqa, enerji resurslarına tələbata “El-Ninyo” amilindən irəli gələn isti iqlim zərbə vurub.

“Bu, neft qiymətləri üçün zəhərli reseptdir. Biz bir barelə görə 26 dollar həddində olan qısamüddətli məqsədə doğru irəliləyirik. Bu həddə çatdıqdan sonra isə qiymət bir barelə görə 16 dollara düşəcək. Bizim proqnozlarımıza görə, bu, 2016-cı ildə baş verməlidir. Lakin bu cür azalmanın artıq birinci rübdə baş verəcəyi riski artır, çünki Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, neftə olan qlobal tələbat kəskin azalacaq, neft anbarları isə artıq doludur”, - deyə, Roberts öz məruzəsində yazır.