» » Rusiya XİN-i prezidentlərin görüşü barədə danışdı

Rusiya XİN-i prezidentlərin görüşü barədə danışdı

Rusiya XİN-i prezidentlərin görüşü barədə danışdı

“Münaqişənin nizamlanmasında irəliləyiş olmayıb”.

Rəsmi Moskva bu hadisəyə ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını davam etdirəcəyi və Rusiya tərəfi əvvəlki kimi həmsədrlərin yanaşmaları əsasında kompromis əldə olunması üçün tərəflərə fərdi qaydada yardım edəcəyi prizmasından yanaşır.

ucarliyiq.biz xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan prezidentləri arasında dekabrın 19-da Berndə baş tutan görüşü şərh edərkən bildirib.

“Dekabrın 19-da Berndə daha əvvəl əldə olunan razılaşmalara uyğun olaraq prezidentlərin görüş keçirilib. Amma münaqişənin nizamlanmasında irəliləyiş baş verməyib. Danışıqların Minsk qrupu formatında davam etdiriləcəyi təsdiqlənib. Rusiya münaqişənin yalnız sülh yolu ilə həlli üçün siyasi dialoqun inkişafına müsbət yanaşır”, - deyə M.Zaxarova qeyd edib.