» » Piyadaların üstünə maşın sürən çinliyə ölüm hökmü verildi

Piyadaların üstünə maşın sürən çinliyə ölüm hökmü verildi

Piyadaların üstünə maşın sürən çinliyə ölüm hökmü verildi

O bu hərəkəti ilə məhkəmə qərarına etirazını bildirib.

Pekin şəhər məhkəməsi 61 yaşlı kişini 2014-cü ilin dekabr ayında bilərəkdən piyadaların üstünə avtomobil sürüdüyü üçün ölüm hökmünə məhkum edib. 

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə Sinxua agentliyi məlumat yayıb.

“Pekin Xalq məhkəməsi Çzin Fuşenaya cəmiyyətin təhlükəsizliyini pozduğu və qəsdən adam öldürdüyü üçün ölüm hökmü cəzası verib”, - məhkəmənin qərarında bildirilir.

Xatırladaq ki, hadisə 2014-cü ilin dekabrın 26-da Pekinin mərkəzi Fəhlələr meydanının yaxınlığında baş verib. Çzin Fuşena məhkəmədə mülkiyyət üzrə işi uduzduqdan sonra avtomobilini piyadaların üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb.

Qeyd olunur ki, 61 yaşlı çinli bu hərəkəti ilə məhkəmə qərarına etirazını bildirib. 

O avtomobilinin üstünə və başına bağlıdığı sarğıya “haqsızlıq” sözünü yazıb.