» » İspaniyada miqrant lotoreyada 400 min avro uddu

İspaniyada miqrant lotoreyada 400 min avro uddu

İspaniyada miqrant lotoreyada 400 min avro uddu

Onu “uğurlu bileti” aldıqdan bir neçə gün əvvəl onu işdən çıxarıblar.

Seneqaldan olan qaçqın İspaniyada hər il keçirilən El Gordo Milad lotoreyasında 400 min avro pul udub.

Bu barədə ucarliyiq.biz The Independent nəşrinə istinadən xəbər verir.

35 yaşlı Nqan (Ngagne) Avropaya 2007-ci ildə miqrant qayığında gəlib. Onun sözlərinə görə, qayıqda 65  nəfər var idi, və onlara sahilə çatmasında ispan xilasedicilər kömək ediblər.

Bundan sonra Nqan ailə həyatı qurub və Tenerifedə məskunlaşıb. Sonradan o ailəsi ilə birlikdə İspaniyanın cənub sahilinə Roketas-de-Mar (Almeriya vilayəti) şəhərinə köçüb.

Son səkkiz ildə o fermalarda tərəvəz yığımı işində çalışıb. Lakin “uğurlu bileti” aldıqdan bir neçə gün əvvəl onu işdən çıxarıblar.

Qeyd edək ki, hər il keçirilən Milad lotoreyasının ümumi uduşu 630 milyon avro təşkil edir. Maraqlıdır ki, əsas uduşun (4 milyon avro) bütün qalibləri  Roketas-de-Mar şəhərinin sakinləridir. Nqan da daxil olmaqla daha on nəfər bu uduşu böləcəklər. 

Ənənəvi Milad lotereyası İspaniyada 1812-ci ildən keçirilir.