» » Gürcüstanın yeni baş naziri Giorgi Kvirikaşvili ola bilər

Gürcüstanın yeni baş naziri Giorgi Kvirikaşvili ola bilər

Gürcüstanın yeni baş naziri Giorgi Kvirikaşvili ola bilər

Parlament çoxluğu qərar qəbul edib.

Gürcüstanın hakim koalisiya üzvlərindən ibarət parlament çoxluğu ölkənin Baş naziri vəzifəsinə XİN rəhbəri səlahiyyətlərini icra edən Baş nazirin müavini Giorgi Kvirikaşvilinin namizədliyini irəli sürəcək, parlament fraksiyasının rəhbəri Giya Volski bəyan edib, ucarliyiq.biz xəbər verir. 

“Sabah (bu gün – red.) Baş nazir səlahiyyətlərini icra edən İrakli Qaribaşvili Giorgi Kvirikaşvilini parlamentə gətirəcək və təqdim edəcək”, - deyə, o, bildirib.

Onun sözlərinə görə, Kvirikaşvili dörd namizəd arasından seçilib.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan hökumətinə XİN rəhbərinin başçılıq edə biləcəyi deyilirdi.