» » “Hürriyyət”in baş redaktoruna 5 il həbs cəzası verilə bilər

“Hürriyyət”in baş redaktoruna 5 il həbs cəzası verilə bilər

“Hürriyyət”in baş redaktoruna 5 il həbs cəzası verilə bilər

O, Ərdoğanı təhqir edib.

Türkiyə prokurorluğu müxalifət qəzeti olan “Hürriyyət”in baş redaktoruna dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı təhqir etmək ittihamı ilə 5 il 4 ay müddətinə həbs cəzası verilməsini tələb edir, ucarliyiq.biz xəbər verir. 

Qəzetin özünün verdiyi məlumata əsasən, baş redaktorun ittiham edilməsinin səbəbi “Hürriyyət”də sentyabrda çıxan məqalə olub.

Məqalədə Ərdoğanın Türkiyədə qadağan olunmuş Kürdistanın Fəhlə partiyasının döyüşçülərinin İğdırın şərq əyalətində hərbi konvoya hücumuna reaksiyası haqda xəbər verilib. Hücum nəticəsində 16 hərbçi həlak ölüb.

Prokuror İdris Kurtun imzaladığı ittihamın nəticəsində deyilir ki, prezident “qərəzli niyyətlə” təhqir olunduğundan, bu, söz azadlığı çərçivəsində nəzərdən keçirilə bilməz.