» » Rəhmon özünü “Tacik millətinin lideri” elan etdi

Rəhmon özünü “Tacik millətinin lideri” elan etdi

Rəhmon özünü “Tacik millətinin lideri” elan etdi

Prezidentin özü qanuna imza atıb.

Tacikistan prezidenti Emomali Rəhmon özünü “Tacik millətinin lideri” elan edib.

ucarliyiq.biz-ın verdiyi xəbərə görə, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

E.Rəhmonun imzaladığı “Sülh və milli birliyin yaradıcısı - Millətin lideri” adlı qanun Tacikistan parlamenti tərəfindən yekdilliklə qəbul edilib.

Bu titul Tacikistanın Konstitusiya əsaslarının möhkəmləndirilməsi, müstəqillik, ərazi bütövlüyü, sabitlik, demokratiyanın möhkəmləndirilməsi, iqtisadi və mədəni dəyərlərin müdafiəsi məqsədilə təsis edilib.

Qeyd olunur ki, müvafiq qərarın qəbulu zamanı ABŞ, Avropa ölkələri və Qazaxıstan təcrübəsindən istifadə olunub.

Qeyd edək ki, “Millətin lideri” titulu alan şəxs immunitetə və xüsusi hüquqi statusa malik olacaq. Onun şərəfinə muzeylər, arxivlər və kitabxanalar yaradılacaq.