» » Marqvelaşvili baş nazirin namizədliyini təsdiqlədi

Marqvelaşvili baş nazirin namizədliyini təsdiqlədi

Marqvelaşvili baş nazirin namizədliyini təsdiqlədi

Seçimi Qaribaşvili də dəstəklədi.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu gün Georgi Kvirikaşvilinin baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib və etimadını bildirmək üçün parlamentə yollayıb.

ucarliyiq.biz-ın “Novosti-Qruzii” saytına istinadən verdiyi xəbərə əsasən, 23 dekabr tarixində İrakli Qaribaşvili heç bir izahat vermədən istefa verdikdən sonra Gürcüstanın baş naziri vəzifəsi boş qalmışdı. 

“Baş nazir vəzifəsinə namizədlik irəli sürülmüşdü. Mən artıq gələn təklifi təsdiq etmək üçün parlamentə yollamışam. Bu günlərdə mən baş nazirin istefasını dəstəklədiyim kimi, yeni baş nazirin namizədliyini də dəstəkləmişəm”, - deyə Marqvelaşvili bildirib.

Georgi Kvirikaşvilinin baş nazir vəzifəsinə namizədliyini İrakli Qaribaşvili də dəstəkləyib.