» » “Ceyşül əl-İslam”ın lideri öldürüldü

“Ceyşül əl-İslam”ın lideri öldürüldü

“Ceyşül əl-İslam”ın lideri öldürüldü

Onunla birlikdə daha 7 səhra komandiri məhv edilib.

Suriyada Dəməşqin şərqində fəaliyyət göstərən ən iri terror təşkilatı “Ceyşül əl-İslam”ın başçısı Zəhran Alluş və daha yeddi səhra komandiri məhv edilib.

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə Suriya milli ordusundakı mənbələrdən məlumat verilib.

“Bizim şərq qutasındakı (balaca şəhər) adamlarımız təsdiq ediblər ki, Alluş avizərbə zamanı məhv edilib... Onunla birlikdə daha 7 səhra komandiri və onlarla döyüşçü öldürülüb. Aviazərbələr Otaya qəsəbəsinə endirilib”, - agentliyin mənbəsi bildirib.