» » Meyuezer “pulun içində üzüb”

Meyuezer “pulun içində üzüb”

Meyuezer “pulun içində üzüb”

Boksçu Instagram səhifəsində foto paylaşıb.

Amerikalı boksçu kiçik Floyd Meyuezer öz Instagram səhifəsində “pulun içində üzən adam” adlı foto paylaşıb -  əsasən 1 dollarlıq əskinaslarda.

“Kimsə striptiz-kluba gedir. Mənim striptiz-klubum isə öz evimdədir”, - amerikalı yazıb.

Qeyd edək ki, karyerasını başa vuran 38 yaşlı boksçu 1996-cı ilin oktyabrından peşəkar rinqdə çıxış edirdi. 19 il ərzində idmançı 49 döyüşdə 49 qələbə (26 nokautla) qazanıb.

The Rinq jurnalının versiyasına görə, çəki dərəcəsindən asılı olmayaraq o dünyanın ən yaxşı boksçusudur.

Meyuezer həmçinin dünyanın ən yüksək ödənişli idmançısıdır.