» » Dünyanın ən kök adamı öldü – FOTO

Dünyanın ən kök adamı öldü – FOTO

Dünyanın ən kök adamı öldü – FOTO

Onun ürək tutması olub.

Dünyanın ən kök insanı hesab olunan meksikalı Andres Moreno Sepulveda Südad-Oberon şəhərində dünyasını dəyişib, El Universal xəbər verir.

ucarliyiq.biz-ın xəbərinə görə, Morenonun yaxın qohumları onun dekabrın 25-də səhər saatlarında dünyasını dəyişdiyini təsdiqləyiblər.

Onun peritonit şəklində ağırlaşmalar fonunda ürək tutması olub.

38 yaşlı keçmiş polis özünü pis hiss etdiyi üçün “təcili yardım” maşınında xəstəxanaya aparılarkən, yarıyolda dünyasını dəyişib.

Əvvəllər Morenonun çəkisi 450 kq idi ki, bu da rekord göstərici sayılırdı. Oktyabrda bariatrik əməliyyat keçirdikdən sonra onun çəkisi 100 kq azalmışdı.

Noyabrda Morenoda peritonit baş qaldırıb, xəstəxanaya kritik halda çatdırıldıqdan sonra təcili əməliyyat olunub.

O, reabilitasiya kursu keçmək üçün bir müddət xəstəxanada qalmalı olmuşdu. Ölməmişdən bir neçə gün əvvəl isə xəstəxanadan evə buraxılmışdı.

Dünyanın ən kök adamı öldü – FOTO

Dünyanın ən kök adamı öldü – FOTO