» » Türkiyə təyyarəsi Rusiyada məcburi eniş etdi

Türkiyə təyyarəsi Rusiyada məcburi eniş etdi

Türkiyə təyyarəsi Rusiyada məcburi eniş etdi

Təyyarədə 150 sərnişin var.

Türkiyə aviaşirkətinə məxsus təyyarə texniki nasazlıq və hava şəraitinin pis olması səbəbindən Rusiyanın İrkutsk şəhərində məcburi eniş edib.

Bu barədə ucarliyiq.biz İntefax-a istinadən xəbər verir.

“İstanbul-Bişkek-Ulan-Bator marşrutu üzrə uçan təyyarə, Ulan-Batorda hava şəraiti ilə pis olduğuna görə İrkutsk hava limanında eniş edib”, - nəşrin məlumatında bildirilir.

Qeyd olunur ki, təyyarədə 150 sərnişin var, və onların heç biri gömrük yoxlanışından keçməyib, yəni Rusiya ərazisinə daxil olmayıb.