» » Rusiyada “azərbaycanlı atıcı” saxlanıldı

Rusiyada “azərbaycanlı atıcı” saxlanıldı

Rusiyada “azərbaycanlı atıcı” saxlanıldı

O üç nəfəri güllələyib.

Rusiyanın Smolensk vilayətində iki nəfərin qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə İnterfax-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbə bildirib ki, saxlanılan şəxs 6 dekabr 2011-ci il tarixində Moskvada Varşavski şossesində yerləşən kafelərin birində 3 tanışını güllələyib.

Yaralılar xəstəxanaya çatdırılsada, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Agentliyin sözçüsünün məlumatına əsasən, 29 yaşlı Azərbaycan vətəndaşı 26 dekabr tarixində Smolensk vilayətinin Rudnya şəhərində dəmiryolu vağzalında saxlanılıb. 

Onun barəsində həbs-qəti imkan tədbiri seçilib.