» » Belarusda yeni neft yatağı aşkar edilib

Belarusda yeni neft yatağı aşkar edilib

Belarusda yeni neft yatağı aşkar edilib

“İndi ehtiyatlar hesablanır”.

Belarus ərazisində nəhəng ehtiyatları olan yeni neft yatağı aşkar edilib.

ucarliyiq.biz İnterfaks-a istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii sərvətlər və ətraf mühitin müdafiəsi naziri Andrey Kovxuto Minskdə çərşənbə günü baş tutan mətbuat konfransında bildirib.

“Bu yaxınlarda nəhəng ehtiyatları olan yeni neft yatağı aşkar edilib. İndi bu ehtiyatlar hesablanır. Bu yataq neft hasilatı ilə məşğul olan “Belarusneft” təşkilatına veriləcək”, - A.Kovxuto deyib.

O dəqiqləşdirib ki, söhbət Homel vilayətinin ərazisində Pripyatskidə yerləşən Şatilkovski yatağından gedir.

Nazirin sözlərinə görə, ölkədə ildə 1,6 milyon neft hasil edilir.

A.Kovxuto xatırladıb ki, respublikada prezident Aleksandr Lukaşenkonun göstərişinə müvafiq olaraq mineral xammalın kəşfiyyatı və hasilatı üzrə işlər fəallaşdırılıb.