» » Baş nazirin vertolyotu qəzaya düşdü (FOTO)

Baş nazirin vertolyotu qəzaya düşdü (FOTO)

Baş nazirin vertolyotu qəzaya düşdü (FOTO)

Benin Respublikasının baş nazirinin olduğu helikopter ölkənin şimal-qərbində qəzaya düşüb.
Ucarliyiq.biz xəbər verir ki, qəza hava gəmisinin yerə enmə vaxtı baş verib.
Hadisə nəticəsində Beninin baş naziri Lionel Zinsu və onunla birgə olan başqa sərnişinlər həmçinin ekipajın üzvləri zərər çəkməyib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir. Hazırda olay yerində araşdırmalar aparılır. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Baş nazirin vertolyotu qəzaya düşdü (FOTO)

Lionel Zinsu
Siyasətçinin qızı Mari - Sesil Zinsu Twitter sosial şəbəkəsində öz mikrobloqunda bu barədə informasiyanı təsdiq edib. O bildirib ki, hadisə nəticəsində heç kim xəsarət almayıb.
Lionel Zinsu 2015-ci il iyunun 18-də Beninin baş naziri olub. Daha əvvəl Zinsu seçkilərdə ölkənin prezident postuna namizəd olmağa namizədliyini təsdiq edib.