» » Avropada terror həyəcanı

Avropada terror həyəcanı

Avropada terror həyəcanı

Avstriya polisi yeni il qabağı bir çox Avropa paytaxtlarında terror aktlarının təhlükəsi haqqında xəbərdarlıq edib.
Ucarliyiq.biz xəbər verir ki, polisə bu barədə informasiya "dost kəşfiyyatı"ndan daxil olub.
Avstriya polisinin bu gün yaydığı bəyanatda "dost kəşfiyyatı" tərəfindən verilən məlumatda yeni il qabağı bir çox Avropa paytaxtlarında mümkün terror aktlarının gözləndiyi qeyd olunur.
"Bir neçə potensial cinayətkarın adları yada salınmışdı, indiyə qədər aparılan yoxlamalar heç bir konkret nəticə verməyib", - deyə polisin bəyanatında deyilir. Xəbərdə yeni ilə qədər Avropa şəhərlərində partlayışların və ya atışma təhlükəsinin olması qeyd edilir.
Bu il Avropa səs-küylü terror hadisələrindən yan keçməyib. Noyabrda Paris və ətrafında törədilən silsilə partlayışlar və silahlı hücumlar nəticəsində ən azı 153 nəfərin həyatına son qoyub. Gecə saatlarında yaşanan zəncirvari terror aktları paytaxt sakinlərinin təşvişinə səbəb olub. Terrorçuların əlaqələndirilmiş şəkildə həyata keçirdiyi terror aktlarının, partlayış və avtomat silahlarla edilən hücumların əsas hədəfləri “Bataclan” incəsənət mərkəzi və onun konsert zalı, "Kamboca" restoranı, “Le Karilyon” barı, “Les Halz” ticarət mərkəzi, "Bellek Ekip" barı və Fransa və Almaniya arasında futbol üzrə yoldaşlıq matçının keçirildiyi və ölkə başçısı Fransua Ollandın da həmin matçda tamaşaçı qismində iştirak etdiyi “Stad De Fransa” stadionun qarşısı olub.
Avropada terror həyəcanı

Fransa küçələri
Bundan sonra güman edilən terrorçuların tutulması istiqaməntində bir çox Avropa şəhərində reydlər keçirilib. Parisdə terror aktlarından dərhal sonra polis Brüsselin Molenbek ərazisində xüsusi əməliyyat keçirib. Əməliyatlar hücumlarda iştirak etmiş Abdeslam qardaşlarının ələ keçirilməsi üçün olub. Polis həmçinin Cenevrədə xüsusi əməliyyat keçirib.
Avropada terror həyəcanı

Terrorun baş verdiyi ərazilər