» » Müsəlmanlara hücum etdilər, Quranı yandırdılar

Müsəlmanlara hücum etdilər, Quranı yandırdılar

Müsəlmanlara hücum etdilər, Quranı yandırdılar

Fransada müsəlmanlara hücum olub.
Ucarliyiq.biz xəbər verir ki, Fransanın Korsika adasında yerləşən məscidə bir qrup insan hücum edib. Hadisənin adadakı yanğınsöndürənlərə edilən təcavüzə cavab olaraq edildiyi güman edilir.
Xarici KİV-lərin yaydığı məlumatlara görə, bir qrup nümayişçilər məsciddə olan Quranı da yandırmağa cəhd ediblər. Hadisə yerinə polis əməkadaşları cəlb olunub. Onlar hücumun qarşısını alıblar və iki yanğınsöndürən, bir polisin yaranlandığına etiraz aksiyasını təşkil edənlərin cəzalandırılacağını söyləyiblər.

Fransa, Korsika adası
Məsciddən sonra aksiya iştirakçılarının bir qismi paytaxtda yerləşən yanğınsöndürənlərin yaralandığı məhəlləyə doğru yürüşə başlayıblar. "Ərəblər bayıra", "Bura bizim evimizdir" kimi şüarlar səsləndirən etirazçıların hirsi soyumayıb. Onlar yenidən məscidə gedərək, içərisində Quranın da olduğu bir neçə kitabı yandırıblar.
Fransanın baş naziri Manuel Valls təcavüzünün "mesəlmanlara qarşı qəbul edilməz bir hücum" olduğunu söyləyib. Fransız mediasında yayılan məlumatlara görə, mesəlmanlar bəzi maskalı gənclərin hücumuna məruz qalıblar.
Müsəlmanlara hücum etdilər, Quranı yandırdılar

Manuel Valls - Fransanın baş naziri
Fransanın daxili işlər naziri Bernard Cazeneuv hər iki hücumda cinayətkarların həbs olunacağını deyib. Nazir, həmçinin, Fransada "irqçilik və əcnəbi düşmənçiliyinin" yeri olmadığını da qeyd edib.
Müsəlmanlara hücum etdilər, Quranı yandırdılar

Bernard Cazeneuv - Fransanın Daxili İşlər naziri
Fransada analoji hal ötən ayın 17-də də olub. Belə ki, Fransada baş verən terror hadisəsindən sonra burada yaşayan müsəlmanlara hücum olub. Terror hadisəsində 129 nəfərin ölməsində günahı fransızlar müsəlmanlarda gördükləri üçün bir çox yerlərdə onlara qarşı etirazlar keçirilib, hətta, müsəlmanların ölkədən getməsini istəyiblər.
Müsəlmanlara hücum etdilər, Quranı yandırdılar

Fransada keçirilən etiraz aksiyası