» » Yeni il peçenyeləri (FOTO)

Yeni il peçenyeləri (FOTO)

Yeni il peçenyeləri (FOTO)

Yeni ili hər kəs bir cür qarşılayır. Amma ailədə azyaşlı uşaqlar varsa, xırda detallara qədər düşünməlisiniz. Balacalar bayramı hələ bir neçə ay qalmışdan həyəcanla gözləyir. Çünki şirniyyat sevən uşaqlar valideyinlərinin onları bolluca şirniyyatla təmin edəcəklərindən əmindilər.
Ən gözəli isə analarının evdə hazırlayacağı rəngli, çox dadlı, qeyri-adi şirniyyatları böyük həyəcanla gözləyirlər. Elə bayrama-bayram qatan doğmaları sevindirmək, körpələrinizin üzündə gülüşlərə səbəb olmaqdır.
Odur ki, onlara sevinc bəxş etmək üçün əlinizdən gələni etmək istəyirsinizsə ANS PRESS sizə təqdim etdiyi yeni il peçenyesinin reseptindən yararlana bilərsiniz. Yeni il yolkası formasında və bunun kimi digər maraqlı formalar verərək, uşaqlarınızı sevindirəcək bu peçenyeləri hazırlamağa başlaya bilərsiniz.
Lazım olan ərzaqlar:
100 q bal
1 paket darçınlı şəkər tozu
1 paket vanilli şəkər tozu
1 çay qaşığı kakao
60 q kərə yağı
1 ədəd yumurta
280 q buğda unu
2.5 çay qaşığı qabartma tozu
2 xörək qaşığı süd xəmirin üstünə sürtməyə
Hazır satılan bir neçə paket rəngli qlazurlar.
Bal, darçınlı şəkər tozu, vanilli şəkət tozu və kakao əlavə edilərək, qazanın altını yandırıb yaxşıca qarışdırın. Məhsullar tamamilə həll olduqdan sonra soyuması üçün gözləyin.
Tam soyuduqdan sonra üzərinə yumurta əlavə edib, sürətli mikserlə yaxşı-yaxşı çalın. Unu qabartma tozu ilə qarışdıraraq, az-az ballı qarışıma əlavə edib, mikserlə həll edin. Ən sonda hazır olan xəmiri paketə büküb soyuducaya qoyun.
Soyuduqdan sonra xəmirdən 0.5 sm qalınlıqda yuxa yayın. Yaydığınız yuxalardan müxtəlif formalar kəsərək, 180 dərəcə qızdırdığınız sobada 12-13 dəqiqə bişirin.
Yeni il peçenyeləri (FOTO)

Bişdikdən sonra tam soyudub üzərini rəngli qlazurlarla bəzəyib süfrəyə, balacalara təqdim edə bilərsiniz. Rahatlıqla doğmalarınız üçün hədiyyə paketi də hazırlaya biləcəksiniz.
Yeni il peçenyeləri (FOTO)

Yeni il peçenyeləri (FOTO)

Yeni il peçenyeləri (FOTO)

Yeni il peçenyeləri (FOTO)

Yeni il peçenyeləri (FOTO)