» » İqlesiası Şri-Lankada Bakıda Azis kimi qarşıladılar – VİDEO

İqlesiası Şri-Lankada Bakıda Azis kimi qarşıladılar – VİDEO

İqlesiası Şri-Lankada Bakıda Azis kimi qarşıladılar – VİDEO

Ölkənin prezidenti mal-qaranın zəhərli quyruğu ilə şallaqlamağı təklif edib.

Şri-Lankanın prezidenti Maytripa Sirisena ölkəsinin paytaxtında Enriki İqlesiasın konsertini təşkil edənləri cəzaya layiq görüb.

O, təşkilatçıların orta əsrlərin ənənəvi cəza növü – skat balığının zəhərli quyruğu ilə şallaqlanmasını təklif edib, BBC xəbər verir.

ucarliyiq.biz-ın Lenta.ru-ya istinadən verdiyi xəbərə əsasən, konsert 20 dekabrda ölkənin paytaxtı Kolomboda Reqbi stadionunda baş tutub.

Ölkə başçısının narazılığına səbəb musiqiçinin xanım pərəstişkarlarının rəftarı olub. Onlar alt paltarlarını çıxarıb, öz sevimli müğənnisinə atıb, eləcə də onunla öpüşmək üçün səhnəyə çıxmağa çalışıblar.

“Bu, bizim mədəniyyətimizə zidd bir hərəkətdir”, - deyə Maytripa Sirisena bildirib. Lakin bununla yanaşı, o, xanımları cəzalandırmaqda lüzum görməyib.

Prezident həmçinin konsertə biletlərin qiymətlərinin olduqca yüksək olmasından şikayətlənib. Biletlərin qiyməti 5-50 min rupi (35-350 dollar) civarında olub.

Kolombodakı konsert İqlesiasın “Sevgi və seks” adlı dünya turnesinə daxil idi. Təşkilatçılar hələ heç bir şərhlə çıxış etməyiblər.